Naftalan sanatoriyasına istirahətə gedən kişinin meyiti aşkarlandı

Naftalan sanatoriyadan 66 yaşlı kişinin meyiti aşkarlanıb.

Hadisə Naftalan şəhərində yerləşən "Sağlamlıq " sanatoriyasında qeydə alınıb.

Meyiti tapılan şəxsin Zaqatala rayon sakini 1959-cu il təvəllüdlü İ.Murtuzov olduğu məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, sanatoriyaya istirahətə gələn İ.Murtuzov ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Stopnarkotik.az