Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktiki-əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini Polis Şöbəsinə gələrək bir müddət əvvəl Goranboy rayonu ərazisindən tapdığı 1 ədəd "Kalaşnikov" markalı avtomatı və 1524 ədəd 7.62 mm-lik patronu könüllü təhvil verib.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.