Ən etibarsız avtomobillərin adları AÇIQLANDI

Ekspertlər daxili yanma mühərrikli (ICE) avtomobillərin, elektromobillərin və hibrid modellərin keyfiyyətini və etibarlılığını qiymətləndiriblər.

Son 23 ildə istehsal olunan 330 minə yaxın avtomobil üzərində aparılan araşdırmada mütəxəssislər ənənəvi daxili yanma mühərrikli avtomobilləri ən etibarlı avtomobil adlandırıblar. Məlum olub ki, elektromobillər daxili yanma mühərrikli avtomobillərdən 79 faiz çox texniki xidmət problemi yaşayır. Öz növbəsində, hibridlərin təmiri benzin və dizel mühərrikli avtomobillərlə müqayisədə 146 faiz daha çətindir.

Siyahıdakı hər bir model 100 ballıq şkala üzrə öz reytinqini aldı. Məlum olub ki, ən etibarlı avtomobillər Asiya avtomobil istehsalçıları tərəfindən istehsal olunur. Avropa şirkətlərinin avtomobilləri 46 bal, Amerika şirkətləri isə 39 bal toplayıb.

Ən problemli olanlar Chrysler Pacifica və Audi Q5 100 baldan cəmi 14 xal toplayıb.//Redaktor.az