Müəllimlər arasında dava - İşə polis qarışdı

Cəlilabadda müəllimlər dərsə görə əlbəyaxa olublar.

Stopnarkotik.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Cəlilabadın Ləkin kənd orta məktəbində baş verib.

Məktəbin çağırışaqədər hazırlıq müəllimi Telman Mirzəyevlə ibtidai sinif müəllimi Əfsun Məcidov arasında dərslə bağlı yaranan mübahisə davaya çevrilib, onlar bir-birlərinə yumruq zərbələri endiriblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.