“Bu gün Ukraynada müharibənin dayandırılması məsələsində çox şey Rusiya Prezidenti Vladimir Putindən asılıdır. Ancaq ABŞ-dən daha çox şey asılıdır, çünki Rusiya lideri Donald Tramp və Amerikadan daha zəifdir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.
“Mən əminəm ki, bu gün çox şey Putindən asılıdır. O bunu edə bilər. O, bu müharibəni bitirmək istəyə bilər. Ancaq bu, həm də Amerika Birləşmiş Ştatlarından daha çox asılıdır. Putin ABŞ-dən daha zəifdir", - Ukrayna lideri vurğulayıb.
Ukrayna Prezidenti fikirlərini onunla əsaslandırıb ki, Amerika liderinin gücü, səlahiyyəti, silahı var və o, enerjinin qiymətini aşağı sala bilər. Sonuncu amillə bağlı danışan Zelenski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa müraciət edib: “Yeri gəlmişkən, mən mediada Prezident Trampdan neft qiymətini azaltmağı düşündüyü barədə siqnal eşitdim və fikrimcə, bunu etmək lazımdır”.
Jurnalist daha sonra Prezidentdən Trampın müharibəni bitirmək üçün Putinə təsir edə biləcəyinə ümidinin olub-olmadığını soruşub. Zelenski bunun asan olmayacağını deyib və Tramp və ABŞ-nin Vladimir Putindən güclü olduğunu təkrarlayıb./azpolitika.info