Xalq artisti Ağadadaş Ağayev balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilovla üzləşdirilib.
Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, bir saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.
Üzləşdirmə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutub. Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı "məişət əşyası" adlandırıb.