Müdafiə Nazirliyi növbəti brifinq keçirdi - VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələrinin və qanunsuz rejimin tör-töküntülərinin Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatlarının qarşısının alınması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması ilə əlaqədar sentyabrın 19-da Müdafiə Nazirliyi növbəti brifinqi keçirib.

Stopnarkotik.az xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov media nümayəndələrinə son vəziyyət barədə məlumatları verib.