Müdafiə naziri ilə yola getməyən yüksək rütbəli hərbi komandan istefa verdi

ABŞ Cənub Komandanlığının başçısı istefa verib. 

Admiral Alvin Holsi tutduğu vəzifəni iki il tez, dekabrın 12-də vəzifəsini tərk edəcək. Pentaqon rəhbərinin sözlərinə görə, qərar Venesuela ilə gərginliyin artması fonunda qəbul edilib.

Stopnarkotik.az xəbər verir ki, media mənbələri istefaya Karib dənizindəki əməliyyatla bağlı Holsi və Pit Heqset arasında yaranan gərginliyin səbəb olduğunu pıçıldayır. Bəzi senatorlar əlavə edirlər ki, hazırkı administrasiya narahatdır, çünki o, “ən təcrübəli döyüşçülərin məsləhətlərinə və ABŞ-ın keçmiş hərbi kampaniyalarının dərslərinə məhəl qoymur”.

5-6 gün öncə Pentaqon açıqlamışdı ki, bölgədəki narkotiklərlə mübarizə əməliyyatlarına Cənub Komandanlığı yox, Şimali Karolinada yerləşən və sürətli ölkə xarici əməliyyatlar aparmağa qadir olan İkinci Dəniz Ekspedisiya Qüvvələrinin (IIMF) rəhbərlik edəcək.

Stopnarkotik.az