Tanınmış fırıldaqçı, Netfliksin “Tinder Scam” (Tinderli fırıldaqçı) sənədli serialının qəhrəmanı Saymon Leviev Batumidə həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, İnterpolun qırmızı elanı ilə axtarışa verilib və sərhədi keçərkən saxlanılıb. Digər təfərrüatlar hələlik məlum deyil.
Saymon Leviev əsl adı Şimon Yehuda Hayut olan 35 yaşlı İsrail vətəndaşıdır. O, Tinder proqramı vasitəsilə özünü almaz maqnatı Lev Levievin varisi kimi təqdim edən qadınlarla tanış olub və onlardan pul alıb.
KİV-in məlumatına görə, təkcə 2017-2019-cu illərdə həmin şəxs Avropa boyu qurbanlardan 10 milyon dollardan çox pul ələ keçirib.
Stopnarkotik.az