Məşhur rejissorun meyiti bir ildən çox yaşadığı evdə qalıb

Məşhur teatr rejissoru, Vaxtanqov teatrının baş rejissoru Ruben Simonovun arvadı Svetlana Cimbinovanın meyiti tapılıb.

Stopnarkotik.az xarici mətbuata istinadən xəbər verir ki, onun meyiti bir ildən çox müddətdə Moskvadakı mənzilində qalıb.

83 yaşlı Cimbinovanın mənzilinin qapısı avqustun 6-da açılıb və onun mumiyalanmış meyiti otaqdakı döşəmədə tapılıb.

Ekspertiza meyitin bir ildən çox evdə qaldığını müəyyən edib. Əlavə olunub ki, bütün bu müddət ərzində heç kim məşhur rejissorun yoxa çıxdığını hiss etməyib.