Sinaloa kartelinin qurucusu El Mayo Amerika məhkəməsinin qarşısına çıxıb
Sinaloa kartelinin qurucusu El Mayo Amerika məhkəməsi qarşısına çıxıb.
Stopnarkotik.az xəbər verir ki, işə El Çapo və Qarsia Lunanın işini aparmış hakim Brayan Koqan baxacaq. Prokurorlar artıq El Mayonun El Çapo ilə birlikdə karteli ən böyük narkotik istehsalçısı və distribyutoruna çevirdiyi barədə bəyanat veriblər. Üstəlik, onlar Meksikada narkotik ticarəti şəbəkəsini idarə etdiyi iddia edilən və Sinaloa kartelinin üzvləri tərəfindən himayə edilən keçmiş kanadalı olimpiya snoubordçuya qarşı ayrıca ittiham irəli sürüblər.
El Mayo işinə gəlincə isə prokurorlar deyirlər ki, onun işindəki bəzi sübutlar məxfidir və vəkillərin onlarla tanış olması üçün xüsusi icazəyə ehtiyacı olacaq.
Ancaq bu, hamısı deyil - El Mayo ümumilikdə 17 ittihamla üz-üzədir və bəzi mənbələrə görə, prokurorluq El Mayoya ölüm cəzasının tətbiqi imkanlarını araşdırır.
Məhkəmənin növbəti epizodu yanvarın 15-dir.
Stopnarkotik.az