"Coalco International” şirkətinin keçmiş sahibi, milyarder Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edib.
Bu barədə "Forbes" biznesmenin təqdim etdiyi sənədlərə istinadən yazıb.
2022-ci ilin dekabrında Vasili Anisimov Xorvatiya vətəndaşlığını alıb. Bu barədə milyarderin Böyük Britaniyadakı Şirkətlər Evinə müraciət etdiyi bildirişdə qeyd edilib.
Bundan əlavə, milyarderdə 1990-cı illərdə aldığı Dominikan Respublikasının vətəndaşlığı da var.