Məşhur milyarder helikopter qəzasında öldü - FOTO

İtaliyanın şimalında Parma şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Stopnarkotik.az "AzPolitika.info"ya istinadən xəbər verir ki, həlak olanlardan biri məşhur italiyalı milyarder Lorenzo Rovaqnatidir.

Qeyd edilib ki, qəza sıx duman səbəbindən görmə qabiliyyətinin azalması və ya pilot səhvi səbəbindən baş verə bilər.

İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) helikopterin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb, Parma Respublika Prokurorluğu isə helikopterin qara qutusunun tapılaraq araşdırılmasına göstəriş verib. Məlumata görə, iş adamı adətən çərşənbə günləri Milandan vertolyotla Castelguelfodakı malikanəsinə gedir.