Məşhur idmançının qanında kokain tapıldı

Rusiyanın "Spartak" klubunun xokkeyçisi Morozov kokaindən istifadə etdiyi üçün cəzalandırılıb.

Stopnarkotik.az “RİA Novosti”nin öz mənbəsinə istinadən verdiyi məlumata görə xəbər verir ki, “Spartak” xokkeyçisinin dopinq nümunəsində narkotik maddənin izləri aşkarlanıb.

Bundan əvvəl İvan Morozovun dopinq testindən müsbət keçdiyi məlum olub. O, müvəqqəti olaraq məşqdən və matçlardan uzaqlaşdırılıb.

Klubun mətbuat xidmətinin aydınlaşdırdığı kimi, qadağan olunmuş maddə 25 yaşlı futbolçunun bədəninə “Spartak”ın və komandanın tibbi heyətinin fəaliyyətindən kənarda daxil olub. 

Stopnarkotik.az