Hollivud ulduzu aktyor və müğənni kimi şöhrət tapmış Cerard Leto bir zamanlar narkotik maddələrdən asılı olduğunu bildirib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, aktyor hətta pul qazanmaq üçün narkotik satdığını da söyləyib.
“Çox keçmir ki, narkotiklər səni istifadə etməyə başlayır. Mən uşaqlıqdan bu pis vərdişə qurşanmışdım. İstifadə üçün pul tapa bilim deyə, satışı ilə də məşğul olurdum.
Sonra maarifləndim, dini görüşlərim mənə bu qorxunc vərdişlərdən uzaq durmağa kömək etdi. Qarşımda 2 yol var idi. İndiki yolu seçməsəydim, narkoman dostlarım kimi çoxdan ölmüş olardım”, - 51 yaşlı aktyor bildirib.