Mərkəzi Bank Şərurlu İsfəndiyarı məhkəməyə verdi

Mərkəzi Bank "Şərur" MTK şirkətinin rəhbəri İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı məhkəmə iddiası qaldırıb.

Stopnarkotik.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, iddiası ipoteka krediti ilə bağlıdır. 

Cavabdeh qismində "Çinar-Araz Firması" Məhdud Məsuliyyətli Cəmiyyəti, maraqlı şəxs qismində Əmanətlərin Sığortalanması Fondu da yer alır. 

İddia "Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr”i üzrədir.

Qeyd edək ki, "Çinar-Araz Firması" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mübariz Abdullayev Mahmud oğludur.

İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.