Mərc oyunlarında iştirak edən 16 məmur vəzifəsini itirdi

Qərbi Qazaxıstan vilayətində 16 məmur vilayət prokurorluğunun yoxlamasından sonra vəzifəsini itirib.

Stopnarkotik.az bu barədə Zakon.kz saytına istinadla xəbər verir.

Bildirilir ki, onların bukmeyker kontorları vasitəsilə qumar oynadıqlarının üstü açılıb.

Məlumata görə, Uralsk akimatının əməkdaşlarından biri 2021-ci il iyunun 5-dən 2025-ci il yanvarın 22-dək hesabına 34 milyon təngədən çox (təxminən 72.5 min dollar) vəsait köçürüb.

O cümlədən qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra o, hesabına 1.74 milyon təngə (təxminən 3.7 min dollar) yatırıb, bunun da 971 min təngəsini (təxminən 2 min dollar) uduzub. Aşkar edilmiş qanun pozuntularına görə o, tutduğu vəzifədən azad edilib.

Yoxlamanın nəticələrinə əsasən, nəzarət aktları tətbiq edilib, nəticədə 24 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib, onlardan 16-sı tutduğu vəzifədən azad edilib.