Mərakeş ilk qanuni çətənə tədarükünü Avropaya göndərdi

Mərakeş ilk qanuni çətənə ixracını həyata keçirib. Belə ki, Mərakeşin Şefşauen əyalətində qanuni olaraq yetişdirilmiş, qablaşdırılmış və lisenziyalı ilk tibbi çətənə uğurla Avropa İttifaqına göndərilib.

Stopnarkotik.az xəbər verir ki, tədarük Avropa laboratoriyalarına çətənədən kosmetika və dərman preparatları hazırlanması üçün göndərilib.

2021-ci ildə Mərakeş hökuməti Şefşauen, Taunat və Al-Hoseyma əyalətlərində dərman və sənaye məqsədləri üçün çətənə yetişdirilməsinə icazə verdi. Çətənənin becərilməsi, satışı və istirahət məqsədilə istifadəsi qadağan olaraq qalır.

Stopnarkotik.az