Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şixəliyevi maddi ziyanla bağlı məhkəməyə ərizə verib.
Stopnarkotik.az “unikal”a istinadən xəbər verir ki, məhkəmə prosesi Nəriman Rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, bundan öncə Mövlam Şixəliyevin ailə üzvləri müxtəlif səbəblərlə bağlı dəfələrlə məhkəməyə müraciət etsələrdə rədd cavabı alıblar. Məhkəmə müraciətlərin qanuni əsasının olmadığını əsas gətirib. Belə ki, keçmiş generalın ailə üzvləri cinayət yolu ilə əldə olunmuş əmlakları leqallaşdırmaq istəyiblər.