Motosikleti "tək təkər" idarə edən sürücü HƏBS EDİLDİ

Sosial şəbəkələrdə Sumqayıt şəhərində bir motosiklet sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsi ilə dövlət qeydiyyat nişanları olmadan təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna dair görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimovun verdiyi məlumata görə, polis əməkdaşları həmin görüntüləri araşdırıb və Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən keçirilən tədbirlərlə motosiklet sürücüsü Kamil Kamal oğlu Abbasov müəyyən edilərək saxlanılıb.

Sürücüyə qarşı motoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaratdığına görə inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə Kamil Abbasov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.