Moskvada Piroqov adına Milli Tibb və Cərrahiyyə Mərkəzi klinikası partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb.
Stopnarkotik.az xəbər verir ki, “Krokus” terror aktının qurbanlarının da müalicə olunduğu xəstəxanadan partlayış təhlükəsi ilə əlaqədar 700 nəfər təxliyə edilib.
Belə ki, xəstəxananın poçt şöbəsinə mümkün partlayışla bağlı məktub göndərilib.
İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş idarəsindən bildirilib ki, klinikaya bomba qoyulması ilə bağlı məlumat yalan olub.