Moskvada miqrantlara qarşı əməliyyat: yüzlərlə şəxs saxlanıldı – VİDEO

Moskvanın mərkəzində hostellərdə miqrasiya qanunvericiliyinin pozulmasını aşkar etmək üçün keçirilən reyd zamanı 300 nəfər saxlanılıb.

Bu barədə “Rosqvardiya”nın Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Xüsusi tədbir zamanı paytaxtın mərkəzində hostellərdə yaşayan 400 xarici vətəndaşın miqrasiya kartları və s. yoxlanılıb.

Nəticədə 300 nəfər miqrasiya qanunvericiliyini pozmaqda şübhəli bilinərək saxlanılıb və əlavə araşdırma üçün polis şöbəsinə aparılıblar", - məlumatda qeyd olunub.