Moskvanın mərkəzində zibil torbasında insan qalıqları tapılıb. Dəhşətli tapıntı ötən bazar günü axşam, avqustun 13-də Zemlyanoy Val küçəsində Lisa Alert axtarış qrupunun könüllüsü tərəfindən aşkar edilib. Zibil torbasında insan kəlləsi, sümüklər, dişlər və paltar parçaları olub.
Bütün əşyalar ekspertiza üçün mütəxəssislərə təhvil verilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Yeri gəlmişkən bir müddət bundan əvvəl Rusiyanın Leninqrad bölgəsininVıborq şəhərində çantaya bükülmüş insan ayağı tapılmışdı.