İranın narkotik ticarəti günbəgün “çiçəklənir”. Molla rejimi Azərbaycan da daxil olmaqla, başqa ölkələrə narkoticarətlə yanaşı, həm də insan həyatının deqradasiyasını, dövlətçiliyin və cəmiyyətin tənəzzülünü də ixrac edir. Hakimiyyət hətta öz əhalisinə də rəhm etmir. Xüsusilə Güney Azərbaycanda narkotikin yayılmasına, ayaq tutub-yeriməsinə, çiçəklənməsinə daha çox rəvac verir.
Stopnarkotik.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda narkotik aludəçiliyi sayəsində ölkənin ən aşağı təbəqəsi halına gəlmiş narkotik istifadəçilərinin görüntüləri reallığı görmək üçün kifayətdir. Məlumata görə, İranın əksər bölgələrində narkomanların sayı artmaqda davam edir. Urmu şəhərində və durum fərqli deyil, narkomanların sayı durmadan artır.
Güneyli sosial media fəallarının mayın 9-da yaydıqları fotolarda Qərbi Azərbaycan əyalətinin Urmu şəhərində bir qrup insanın ictimai yerdə narkotik maddə qəbul etdikləri əks olunub.
Fəallar narkotik aludəçilərinin Urmu şəhərinin tarixi Cümə məscidi həyətində uyuşdurucu maddə qəbul etdiklərini yazıblar.
Bir müddət öncəyə qədər narkomanlar şəhərətrafı bölgələr və gözdən uzaq yerlərdə bununla məşğul olsalar da, son vaxtlar bu, ictimai yerlərdə, parklarda və tarixi məkanlarda adi hal alıb.
Qeyd edək ki, bir neçə il əvvələ qədər Güney Azərbaycan şəhərləri İranda ən az narkomanın olduğu bölgə sayılırdı.
Bu tendensiya sözsüz ki, rəsmi Tehranın xüsusi "canfəşanlığı" ilə artıq dəyişməkdə və Azərbaycan şəhərlərində narkomanların sayı digər bölgələrlər müqayisədə daha da artmaqdadır.
Ekspertlərin fikrincə, narkomaniyanın yayılmasının əsas səbəbi ölkədə fərdi azadlıqların olmaması, yoxsulluğun və işsizliyin artması və insanların gələcəyə ümidsizliyidir. Fikrimizcə, güneyli soydaşalrımız milli mənsubiyyətinə görə təhqiramiz münasibətə məruz qaldıqları müddətcə nə fərdi azadlıqdan, nə rifahdan, nə də gələcəyə ümiddən söhbət gedə bilməz. Soydaşlarımızın çarəsi məhrum olunduqlarından təskinliyi narkotiklə ovundurmaq yox, "narkotiklərə yox" deməklə milli varlığını qazanmaq olmalıdır ki, onun da çarəsi Şimal Azərbaycanla BÜTÖVLƏŞMƏK olmalıdır. Çünki Güc Birlikdədir!
Stopnarkotik.az