İrana bağlı yaraqlılar dronlardan narkotik daşınmasında istifadə edir.
Stopnarkotik.az məlumat verir ki, İordaniya Ordusunun dünən yaydığı xəbərə əsasən, Suriyadan narkotik daşıyan iki pilotsuz uçuş aparatı vurulub.
İordaniya rəsmilərinin məlumatına görə, narkotik qaçaqmalçılığında İran hökumətinin dəstəklədiyi və Suriyanın cənubunda fəaliyyət gösətərən yaraqlıların əli var.
Qeyd edək ki, İordaniyanın hava məkanına daxil olan dronlarda xeyli miqdarda heroin və metamfetamin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) ələ keçirilib.
Stopnarkotik.az