İran bir tərəfdən Azərbaycana qarşı rəsmi səviyyədə “sülh təranələri” səsləndirsə də, digər tərəfdən dediyinin tam əksini edir. Onsuz da davamlı olaraq molla rejiminin güneli soydaşlarmıza qarşı aqressiv ayrı-seçkliyi bütün çılpaqlığı ilə yaşanmaqdadır. Bu dəfə Ərdəbil şəhərində “Dulusçuluq və Kərpic zavodu” 35 yerli işçini işdən çıxarıb, əvəzinə isə yerli olmayan kürd işçilər cəlb edib. Maraqlıdır niyə məhz kürd işçilər?
Rəsm statistikaya görə, Ərdəbil əyaləti məşğulluq səviyyəsinə və iş imkanları baxımından ölkənin ən yoxsul əyalətlərindən biri sayılır. Ərdəbil əyalətində işsizlik səviyyəsi 12.8% təşkil edir, bu da ölkə üzrə orta göstəricidən 11% çoxdur. Bu göstərici 2015-ci ilin siyahıyaalınma məlumatlarına əsaslanaraq təxmini açıqlanıb.
İqtisadiyyatın böhranlı vəziyyətdə olmasına, cilovlana bilməyən işsizlik səviyyəsinə, iş axtaranların sayının çox olmasına və dolanışıq problemlərinə görə Ərdəbil, Tehran, Mazandaran, Gilan, İsfahan və digər az iş imkanı olan əyalətlərdə miqrant əməyinin artması işsizlik böhranını gücləndirir. Kürd fəhlələrin gəlişi isə cəmiyyətin ən zəif təbəqəsinin iş imkanlarını sıfıra endirir.
Sözdə PJAK-a qarşı mübarizə aparan və münaqişə vəziyyətində olan molla rejiminin azərbaycanlıları işidən məhrum etməsi ilə hansı məqsəd güddüyünü anlamaq o qədər də çətin deyil. Maddi ehtiyaclarını təmin etmək üçün işləyən insanı işindən mərhum etmək onu dolanışıq üçün dərbədər olmağa, evini, vətənini tərk etməyə vadar etməkdir. Xatırlayırsınızsa bu yaxınlarda molla hökumətinin Güney Azərbaycanın Marağa şəhərinə “Səhənd” fars adı ilə əyalət statusu verməyə hazırlaşdığı haqda xəbər verilmişdi. Bu proses eynən Ermənistandakı yaşayış adlarının adlarının dəyişdirilməsi və izlərin silinməsi yoluyla gedir. Erməni düşmənçiliyi kimi, panfarsizm beyin mərkəzi Azərbaycan adının silinməsi planını davam etdirir.
Sual olunur-nə üçün Xorasan əyaləti bölündükdən sonra Şimali Xorasan, Cənubi Xorasan və Rəzəvi Xorasanı əyaləti adlandırıla bilir, amma Azərbaycana başqa adlar verilir? Əlbəttə ki, bu panfarsizm beyin mərkəzinin məqsədyönlü planıdır, hansı ki, İran hakimiyyəti addım-addım realladırır. Həmin planın məqsədi ta Rza şahın dövründən aparılan Azərbaycan adını Təbriz şəhəri və ətrafı ilə məhdudlaşdırmaqdır. Güney Azərbaycanı kiçiltməkdir. Başqa sözlə, Qərbi Azərbaycanı Ermənistana çevirdikləri kimi, Güney Azərbaycanı da Kürdüstanın bir hissəsinə çevirməkdir. Bu dediklərimizə başqa bir sübut. İyunun 2-də İraq Kürdüstanının valiləri Urmuda İranın Daxili İşlər naziri ilə görüşüblər. Maraqlıdır, İraqın Kürdüstan bölgəsinin valiləri nə üçün İranın daxili işlər naziri ilə Sınandaş (Sənəndəc) və ya Kermanda, Tehranda deyil, Urmuda görüşürlər? Molla rejiminin bu görüş üçün Urmunu seçməsinin mesajı nədir? Daha da maraqlısı, iclasın baneri fars və kürd dillərində yazılıb. İraqın rəsmi dili ərəb dili deyilmi? Əgər baner bölgə dillərində yazılmalıdırsa, niyə Azərbaycan türkcəsində yox, farsa yazılıb? Urmu, Güney Azərbaycanın bir şəhəri və Urmu əhalisinin əksəriyyəti türk deyilmi?!
Göründüyü kimi, İran rejiminin Azərbaycana qarşı geosiyasi oyunu Güney Azərbaycanı türksüzləşdirməyə yönəlib ki, bütövləşmə üçün əlverişli məqam yetişəndə bu baş verməsin..
Stopnarkotk.az