Qazaxıstanda Naurızbay Rayon Məhkəməsində insan orqanlarının - böyrək alqı-satqısı işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Stopnarkotik.az xəbər verir ki, təqsirləndirilən şəxs məhkəmədə dindirilib.
İstintaq hesab edir ki, o, insan orqanlarının alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun rəhbəridir.
Təqsirləndirilən şəxs digər beş müttəhimdən heç birini tanımadığını bildirib. Lakin onlardan biri daha əvvəl məhkəmədə bildirib ki, üç donoru böyrəklərini satmaq üçün Türkiyəyə aparan bu iş üzrə dindirilən həmin bu məhkum olub.
Məhkəmə Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 116-cı maddəsi (“İnsan orqan və toxumalarını götürməyə və ya qanunsuz olaraq götürməyə məcbur etmə”) ilə işə baxır. Təqsirləndirilən Yerbol adlı şəxs 37 nəfərin siyahısını təqdim etdiyini, 3 şahidin hələ də işə gətirilmədiyini bildirib.
Əvvəlki iclasda hakim iki şahidin məcburi təhvil verilməsinə göstəriş vermişdi. Amma bu şəxslər göstəriln ünvanda yaşamadıqlarına görə, bunu etmək mümkün olmayıb. Təqsirləndirilən şəxs digər müttəhimlərin onu “diri-diri basdırdıqlarını” da bildirib:
"Mənə qarşı irəli sürülən ittihamlarla razı deyiləm. Maşınıma, evimə baxış keçirildi, amma heç nə tapılmadı. İl yarımdır ki, istintaq gedir. Günahım olsaydı, indiyə qədər hər şey sübuta yetirilərdi. Ev dustaqlığına salınanda xəstəxanada idim. Sonra müstəntiqlər gəlib dedilər ki, təqsirinizi etiraf edin, cəzanızı azaldaq. Məni əvvəlcə böyrək satmaqda, sonra isə almaqda ittiham etdilər”.
Stopnarkotik.az