Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları dövlət məlumat bazalarından, o cümlədən Nazirlər Kabinetinin nazirləri haqqında məlumatların ticarəti ilə məşğul olan "xüsusi detektivləri" ifşa edib.
Bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.
"Ehtiyatda olan keçmiş hüquq-mühafizə orqanının əməkdaşı detektiv xidmətləri göstərmək üçün özəl agentlik təsis edib. O, hüquq-mühafizə orqanlarında xidmətini davam etdirən dostunu bu işə cəlb edib. Axtarışlar zamanı məlum olub ki, onlar Ukraynanın maraqlarına xələl gətirə bilən məlumatları, xüsusən də məmurlara aid çoxlu sifarişlər aşkar edilib. Cinayəti törədən şəxslər avtomatlaşdırılmış sistemlərdə işlənmiş informasiya ilə icazəsiz hərəkətlərdə və məhdud giriş məlumatlarının satışında şübhəli bilinirlər".
"Xüsusi detektivləri" 6 ilə qədər həbs gözləyir./"unikal"