Lənkəran sakininin xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Stopnarkotik.az bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumat verir.
"Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında "sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu" ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.