Məktblilərə narkomaniyanın fəsadları barədə məlumat verildi - FOTO

Balakən Rayon Polis Şöbəsində narkomaniyanın fəsadları barədə məktəblilərin məlumatlandırılması və gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilməsi ilə bağlı görüş təşkil olunub. Görüşdə yuxarı sinif şagirdləri, onların valideynləri və polis əməkdaşları iştirak ediblər.

Stopnarkotik.az xəbər verir ki, RPŞ-nin rəisi polis polkovniki Çingiz Aslanov narkotik vasitələrin zərərlərindən, ölkəmizdə “ağ ölüm”ə qarşı aparılan qətiyyətli mübarizədən danışıb. Həmçinin ali təhsil müəssisələrinə hazırlaşan və daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasında təhsil almanın üstün cəhətləri barədə ətraflı məlumat verib.

Polis Akademiyasının əməkdaşı Eldəniz Kazımov isə qocaman təhsil müəssisəsinə qəbul qaydaları ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıb, burada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən söz açıb.

Sonda Polis Akademiyasındakı tədris prosesini əks etdirən videoçarx nümayiş olunub.

**

**

Stopnarkotik.az