Məktəblilərə narkomaniyanın fəsadları barədə məlumat verildi - FOTO

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı orta məktəbdə “Narkomaniyasız sağlam həyat” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Vidadi Qurbanov narkomaniyanın cəmiyyət üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdıraraq bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramlarından danışıb, eləcə “ağ ölüm”ün zərərləri ilə bağlı təhsil müəssisələrində keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, həyatı iflic edən narkomanlığa qarşı münasibətdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır.

Stopnarkotik.az