Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü

Lənkəranda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb. 

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər - 2017-ci il təvəllüdlü Gülay Əlizadə və onun qardaşı 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. 

Hər iki mərtəbəli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.