ABŞ artıq dünya səhnəsində mübahisəsiz liderliyə malik deyil.
Stopnarkotik.az xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə bildirib.
“Çinin yüksəlişi və Rusiyanın revanşizmi ABŞ-ın artıq mübahisəsiz hökmranlığa malik olmadığı və ekzistensial iqlim təhlükələrinin yaxınlaşdığı gərgin geosiyasi rəqabət dünyasında ciddi geosiyasi çağırışları ehtiva edir”, - deyə bildirilib.
Börns əlavə edib ki, davam edən texnoloji inqilab dövründə vəziyyət, hətta sənaye inqilabı və ya nüvə əsrinin başlanğıcı ilə müqayisədə daha da mürəkkəbləşib.