MİT PKK-nın daha bir "lideri"ni məhv etdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar bölgəsində keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən olan "Hevi" kod adlı Sadiyə Məhəmməd Əhmədi zərərsizləşdirib.

Stopnarkotik.az xəbər verir ki, bu  barədə MİT açıqlama yayıb.

Bildirilir ki, 2001-ci ildən Suriya və İraqda terror fəaliyyətləri həyata keçirən Əhmədin təşkilatın kəşfiyyat strukturuna cavabdeh olduğu müəyyən edilib.