Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.
Stopnarkotik.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İraqın şimalındakı Qare bölgəsində gerçəkləşdirilib.
Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - "mətbuat və arxiv üzrə məsul şəxs" Sidar Serhat Kod Celal Birdalı zərərsizləşdirilib.
Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.