MİT-dən əməliyyat: PKK-nın liderlərindən daha biri öldürüldü

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının rəhbər şəxslərindən birini məhv edib.

Bu barədə “TRT HABER” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın Tel Rıfat bölgəsində keçirdiyi əməliyyatı nəticəsində PKK/YPG- terror qruplaşmasının sözdə liderlərindən Yaşar Çekiki zərərsizləşdirib.

Yaşar Çekik Türkiyə, İraq və Suriyada türk təhlükəsizlik qüvvələrinə qarşı törətdiyi terror aktlarına görə Daxili İşlər Nazirliyinin Terrorla Mübarizə Axtarılanlar siyahısında qırmızı kateqoriyaya düşüb və həmçinin İnterpol tərəfindən qırmızı bülletenlə axtarılıb.