Mirzoyan Türkiyədə bir sıra ikitərəfli görüşlər keçirəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X hesabında bildirib.

“Müzakirələrdə və ikitərəfli görüşlərdə iştirak planlaşdırılır”, - deyə Badalyan yazıb.

Bundan əvvəl bildirilib ki, Mirzoyan diplomatik forumda iştirak etmək üçün martın 1-dən martın 3-dək Antalyaya işgüzar səfərə gedəcək.