Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə (oğlan) 12.10.2025-ci il tarixində saat 09:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən xəbər verilib.
Qeyd edilib ki, zəruri instrumental-diaqnostik müayinələr aparılıb. Azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Həkim müşahidəsi altındadır.
Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
*** 11:23
Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə xəstəxanaya yerləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, körpənin zirzəmiyə atılması ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır. Azyaşlının həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.
Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
10:44
Mingəçevirdə atılmış körpə tapılıb.
Körpə Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində aşkar edilib.
Tapılan körpə oğlan uşağı xəstəxanaya çatdırılıb. Hələlik onun kimliyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır./oxu.az