Mingəçevirdə tir tüfəngi ilə qətl törədildi - QADINI ÖLDÜRƏN ŞƏXS YAXALANDI

Fevralın 10-u saat 22 radələrində Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, A.Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.