Mingəçevirdə iki maşın toqquşub - XƏSARƏT ALANLAR VAR

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, "Mercedes" və "VAZ-21099" markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.