Mingəçevirdə fərdi yaşayış evində partlayış olub.
Stopnarkotik.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Bağlar yaşayış massivində yerləşən fərdi təsərrüfatda qeydə alınıb.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə evdə dağıntılar baş verib. Hadisə zamanı bir gənc xanım xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.