Mingəçevirdə dərs zamanı halı pisləşən şagird dünyasını dəyişdi - YENİLƏNİB

Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

Əldə edilən məlumata görə, 2010-cu il təvəllüdlü Yusif Yusifov 1 ay əvvəl ürək əməliyyatı keçiribmiş.

Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.

 

***15:31

 

Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərdə İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib.

TƏBİB-dən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü oğlanın həkiməqədər ölüm faktı qeydə alınıb.