Milyarder İbrahim Süleymanov iki ay müddətinə həbs edildi

Moskvanın Basman Rayon Məhkəməsi daha əvvəl qətl ittihamı üzrə saxlanılmış milyarder İbrahim Süleymanov barəsində həbs qətimkan tədbirini seçib.

Bu barədə TASS xəbər verir.

Məhkəmə onu dekabrın 2-dək istintaq təcridaxanasına göndərib.

İstintaq milyarderi iki qətlin fiqurantı, eləcə qətlə cəhdin təşkilatçısı hesab edir.

19:28

Rusiyada müstəntiqlər 2004-cü ildə törədilmiş qətlə dair cinayət işinin təhqiqatı çərçivəsində milyarder İbrahim Süleymanova qarşı ittiham irəli sürüblər.

Bu barədə TASS xəbər verir.

Məhkəmənin qərarı ilə qətimkan tədbiri qapalı rejimdə seçiləcək.

Daha əvvəl verilən məlumata görə, Moskva şəhərinin Basman Rayon Məhkəməsinə istintaq tərəfindən Süleymanovun həbsinə dair vəsatət daxil olub. Məhkəmə iclasının yaxın zamanda keçirilməsi planlaşdırılır./oxu.az