Milli Məclisin vəzifəli şəxsi öldü - FOTO

Milli Məclisin Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin baş məsləhətçisi Aqşin Məmmədzadə vəfat edib.

Stopnarkotik.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, onun 64 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, A.Məmmədzadə uzun illərdir Milli Məclisdə çalışırdı. O, parlament Aparatında müxtəlif vəzifələrdə işləyib.

Allah rəhmət eləsin!