Milli Məclisin komitə sədrlərinin istifadəsinə verilən yeni xidməti avtomobillərin dəyəri 100 min manata yaxındır.
“AzPolitika.info” xəbər verir ki, “A” sinfinə daxil olan "Mercedes E 300" markalı avtomobillərdən 15 ədəd alınıb, çünki parlamentin bu sayda komitələri var.
Milli Məclis üzvlərinin əksəriyyəti bahalı brend markalardan istifadə edir. Onların içində hətta dəyəri 280-300 min avro olan son model “Rang Rover”, “Maybach”, “Porshe”, “Lexus”, “BMV” avtomobillər var. Bununla belə, parlamentin bəzi kasıb üzvləri ucuz maşınlardan istifadə edir, aralarında avtomobili olmadığına görə, taksi xidmətindən yararlananlar da var.
Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.