Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı qərar qəbul edib.
Məhkəmə Maliyyə Nazirliyinin iddiasını təmin edərək dövlət büdcəsindən mənimsənildiyi deyilən 9 milyon larinin geri qaytarılmasına qərar verib.
Qərara əsasən, Saakaşvili və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teimuraz Janaşiya dövlətə ümumilikdə 9 milyon lari ödəməlidirlər.
Xatırladaq ki, hər iki şəxs Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci və üçüncü bəndləri ilə – "vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, qrup halında böyük məbləğdə vəsaitin qanunsuz mənimsənilməsi" ittihamı üzrə məhkum olunmuşdu. Bu iş üzrə Saakaşviliyə 8 il həbs cəzası, Janaşiyaya isə 300 min lari cərimə kəsilmişdi.
Daha sonra dövlət onların əleyhinə məşhur "Pincaklar işi" çərçivəsində məhkəməyə mülki iddia qaldırmış və büdcəyə dəymiş ziyanın ödənilməsini tələb etmişdi.