MƏHKƏMƏ RAMİZ TATAROVLA BAĞLI QƏRAR VERDİ - Vaxtından əvvəl azadlığa buraxıldı

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısının müavini Ramiz Tatarov azadlığa buraxılıb.

Nizami rayon Məhkəməsində keçirilən prosesdə Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

N.Quliyev 2021-ci ildə həbsxanada ölüb.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb./report