Məhkəmə qadını şantaj edib pul alan şəxslə bağlı qərar verdi

Gəncədə qadını hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Alim Canaliyevin cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılacaq.

Qeyd: Yardımlı rayon sakini Alim Canəliyəv Gəncə şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul almaqda təqsirləndirilir. O, zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 182.1-ci maddəsi üzrə ittiham irəli sürülüb./pravda.az