Məhkəmə "Lombard mafiyası"nın işi ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nailə Xanməmmədova, Xeyransa Mustafayeva və Aqil Şamilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Onların barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 11 zərərçəkmiş var. Onlar dəymiş zərərin ödənilməsini tələb edirlər. İddialara görə, dələduzluq əməlinin üstü Nailə Xanməmmədovanın Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı şikayətdən sonra açılıb. Polis dərhal hərəkətə keçərək, Aqil Şamilovla Xeyransa Mustafayevanı saxlayıb. Lakin sonradan bəlli olub ki, Nailə Xanməmmədova da bu işdə xüsusi rolu olanlardan biridir. Onu da qeyd edək ki, bu hadisənin fiqurantları mediada "lombard mafiyası”nın təmsilçiləri kimi təqdim edilir./pravda.az