Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən R.Mirişovun barəsindəki bəraət hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib.
İttihama görə, 2015-ci ildə R.Mirişov atası F.Mirişli ilə əlbir olaraq, zərərçəkmiş Ə.Zamanova ev satmaq adı ilə ondan 103 min manat pulu dələduzluq yolu ilə alıb. Lakin təqsirləndirilən şəxs ittihamı qəbul etmir.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib./pravda.az